ABŞ prezident Co Baydenin böyük nəvəsi Naomi Baydenin toyu olub.
Bizim.Media xəbər verir ki, Naomi ötən gün hüquqşünas Piter Nil ilə ailə qurub.
Baş tutan mərasim 2013-cü ildən bəri Ağ Evdə keçirilən ilk toy olub.
Toydan çəkilən fotolar isə “Vogue” dərgisində yer alıb.
Qeyd edək ki, Naiomi ilə Piter cütlüyü illər əvvəl dostları vasitəsilə bir araya gələrək, münasibətə başlayıblar.
Rəşad Əliyev, Bizim.Media







