Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub.
Bizim.Media xəbər verir ki, məlumatı “Ukraina seyças” yayıb.
Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kompleksi ilə vurulub.
Məlumata görə, katapult edən pilot həlak olub.
Bizim.Media