Məşhur amerikalı bəstəkar Ned Rorem vəfat edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bəstəkarın yaxınları məlumat yayıb.
Mərhum 99 yaşında dünyasını dəyişib. Amerikalı müğənninin uzun zamandır ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, “Pulitzer” mükafatı laureatı (1976), bir çox orkestr əsərləri yazan bəstəkar həm də şəxsi həyatı barədə səmimi yazıları ilə məşhur olub.
Bizim.Media