Luqansk vilayətinin Belovodski rayonunun rəhbərinə sui-qəsd etməyə cəhd edən Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi casusu saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə bölgədəki mənbədən bildirilib.
Bildirilib ki, saxlanılan şəxs qondarma respublikanın daha üç rayonunun rəhbərinə hücum etməli olduğunu etiraf edib.
Mənbədən verilən məlumata görə, casusun saxlanılması ilə yanaşı, Ukrayna xüsusi xidmət orqanlarının casus şəbəkəsi də ifşa edilib.
Bizim.Media