ABŞ Maliyyə Nazirliyi Rusiyanın nəzarətində olan Qvatemaladakı mədən şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin müvafiq bəyanatında bildirilib.
“Maqnitski aktı” əsasında Amerikanın qara siyahısına rusiyalı Dmitri Kudryakov və Belarus vətəndaşı İrina Litvinyukun adı daxil edilib, onlar Qvatemalada dağ-mədən sektorunun istismarında ittiham ediliblər.
Həmçinin bildirilib ki, Qvatemaladakı "Compania Guatemalteca de Niquel", "Compania Procesadora de Niquel" və "Mayaniquel" şirkətlərinə də sanksiyalar tətbiq edilib.
Bizim.Media