Xəbər verdiyimiz kimi, ötən gün BMT dünya əhalisinin 8 milyardı ötdüyü açıqlanıb.
Bizim.Media xəbər verir ki, Manilanın Tondo şəhərində doğulan qız uşağı dünyanın simvolik olaraq səkkiz milyardıncı insanı hesab edilir.
Belə ki, Vinice Mabansag, yerli vaxtla saat 1:29-da Dr Jose Fabella Memorial Xəstəxanasında anadan olub.
Körpə ilə anasının fotoları Filippinin Əhali və İnkişaf Komissiyasının “Facebook” səhifəsində yerləşdirilib.
Bildirilib ki, bir milyard insanın dünya əhalisinə əlavə olunması 12 il çəkib.
Bizim.Media