Rusiyanın Yəhudi Muxtar Vilayətinin Lenin rayon prokurorunun müavini Nikolay Kolodko rüşvətə görə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə yazır ki, o, rüşvət almaqda şübhəli bilinir. Bu baxımdan onun haqda cinayət işi açılıb.
"Lenin rayon prokurorunun müavini Nikolay Kolodko barəsində cinayət işinin başlanması üçün yoxlama tədbirləri keçirilib", - Prokurorluğun məlumatının mətnində deyilir.
Hazırda onun həbs qətimkan tədbiri məsələsinə baxılır.
Bizim.Media