Rusiya prezidenti Vladimir Putin bütün region rəhbərlərinə təhlükəsizliyin təmin edilməsi üçün əlavə səlahiyyətlər verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Mövcud vəziyyətdə mən Rusiyanın bütün regionlarının rəhbərlərinə əlavə səlahiyyətlərin verilməsini zəruri hesab edirəm”, - deyə Putin bildirib.
O əlavə edib ki, artıq müvafiq fərman imzalanıb.
Bizim.Media