İranın Araz kənarına daşıdığı hərbi texnika qəzaya səbəb olub.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər üçün Azərbaycanla sərhədə cəmləşdirdiyi hərbi texnika bir neçə qəzanın yaranmasına səbəb olub.
Belə ki, bu gün səhər saatlarında Araz kənarında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxarıb. Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər hadisə yerində həlak olub.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.
Bizim.Media