Xerson vilayətinin qondarma administrasiyası yaşayış məntəqələrinin Ukrayna tərəfindən atəşə tutulması təhlükəsi ilə əlaqədar sakinlərə şəhəri tərk etməyə çağıran SMS mesajları göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Qeyd edilib ki, səhər saat 7:00-dan etibarən avtobuslar Reçportdan Sol sahilə hərəkət edəcək.
Bu mesaj bu gün səhər tezdən yerli mobil operatorların abunəçiləri tərəfindən qəbul edilib.
Bundan əvvəl Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov bölgədən təxliyə edilməsinin zəruriliyini bəyan etmişdi, çünki “Xerson uğrunda döyüş” çox yaxın vaxtlarda başlaya bilər.
Onun sözlərinə görə, mülki əhaliyə özlərini riskə atmamaq tövsiyə olunur. Xerson “rəsmisi” potensial raket və bomba hücumlarından sonra yaşayış binalarının dağılma təhlükəsinin olduğunu vurğulayıb.
Bizim.Media