“Amerika Qız Skautları” adlanan cəmiyyətə 84,5 milyon dollarlıq ianə edilib.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, ianəni “Amazon” şirkətinin qurucusu Cef Bezosun keçmiş həyat yoldaşı MacKenzie Scott edib.
İanə milli valyuta şəklində təşkilat tərəfindən seçilmiş 29 yerli şuraya təqdim ediləcək.
Qeyd edək ki, “Qız Skautları” təşkilatı ABŞ və xaricdə yaşayan amerikalı qızlar üçün təşkil olunan gənclər təşkilatıdır. Bu, qızlar üçün dünyada 2,5 milyon üzvü olan ən böyük liderlik təşkilatıdır.
Bizim.Media