ABŞ Prezidenti Co Bayden gələcək epidemiyalara və bioloji təhlükələrə qarşı milli biomüdafiə strategiyasını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Bayden yeni bir epidemiya yarandığı halda 12 saat ərzində diaqnostika dəstləri və 100 gün ərzində isə peyvənd hazırlamağı hədəfləyən yeni bioloji müdafiə strategiyasını təqdim edib.
Strategiya 20 federal qurumun, epidemiyaların və bioloji təhlükələrin erkən müəyyən edilməsini əhatə edir.
Strategiyada həmçinin ani epidemiyalar və ya bioloji təhlükələr zamanı cəmiyyətin, ölkə iqtisadiyyatının və ətraf mühitin qorunması məsələlərinə də toxunulur.
Bizim.Media