Ukraynalılar İran səfirliyinin önündə aksiya keçirir.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir qrup Ukrayna vətəndaşının İranın Kiyevdəki səfirliyi qarşısında toplaşdığı əks olunub.
Məlumata görə, onlar İranın Rusiyaya kamikadze və zərbə dronlar göndərməsinə etirazlarını bildiriblər.
Etirazçılardan birinin plakatında “İslam Respublikası terroru dəstəkləyir” sözləri yazılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media