Bu gün müəllimlərin, bütövlükdə təhsil işçilərinin aldıqları aylıq məvacibin, onların gündəlik tələbatını ödəməməsi, maaşlarının aşağı səviyyədə olması hamımıza məlumdur. Və hökumət bu istiqamətdə müəyyən addımlar atmağa, tədbirlər həyata keçirməyə başlayıb. İnanırıq ki, yaxın zamanlarda bu müqəddəs peşə sahiblərinin normal yaşaması, həyat tərzinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparılacaq...
Ancaq yuxarıda sadaladıqlarımız heç də kiməsə haqq qazandırmır ki, məktəbi, təlim-tərbiyə müəssisəsini rüşvət yuvasına çevirsin, bazara döndərsin, müəllim adına ləkə gətirən neqativ hallara yol versin.
Bu günlərdə Təhsil Nazirliyi məktəblərdə hər hansı bəhanə ilə pul yiğılmasının yolverilməz olduğunu açıqladı. Sözügedən nazirlik hansısa məktəbdə bu kimi hallara rast gəlindikdə ciddi addım atılacağını, uşaqlardan, valideynlərdən pul yığan müəllim və direktorların işdən azad ediləcəyini bildirdi.
Bütün bunlara baxmayaraq, bizə daxil olan məlumatlara görə “Beynəlxalq Müəllimlər Günü”x9dndə Sumqayıtda fəaliyyət göstərən bəzi orta məktəblərdə yenə də “pulyığma kampaniyası”x9d “uğurla”x9d həyata keçirilib. Görünür, tabe olduqları nazirliyin xəbərdarlığı hələ də onlara aldıqları “şirinlik”x9d və hədiyyə kimi “dadlı”x9d xüsusiyyətləri unutdura bilmir. Deməli, daha ciddi addımlar atılmalı, müəllim-valideyn münasibətlərinə “şirinlik”x9d və “hədiyyə”x9d kimi neqativ hallar körpü salmamalıdır. Ən acınacaqlısı da odur ki, yığılan pullardan birbaşa direktorlar xəbərdardır və onların xüsusi “payı”x9d var.
Yuxarıda bəhs etdiyimiz mövzu ilə bağlı Moderator.az - ın əməkdaşı Sumqayıtda nümunəvi təhsil ocağı kimi tanınan Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədovaya müraciət edib. Xanım Əhmədova bildirib ki, istər məlum xəbərdarlıqdan əvvəl, istərsə də sonra rəhbərlik etdiyi məktəbdə pul yığılması qəti qadağan edilib:
“Müəllim peşəsinə və şərəfinə xələl gətirən bu kimi hallar əlbəttə, yolverilməzdir. Mən məktəbimizin müəllimlərinə dəfələrlə tapşırmışam, valideynlərdən xahiş etmişəm ki, bu işdə hamımız birgə mübarizə aparaq, ən xırda nöqsanlara belə yol verməyək”x9d.
Direktor Təhsil Nazirliyinin məlum xəbərdarlığını olduqca vacib və təqdirə layiq hal kimi dəyərləndirdi:
“Kimliyindən asılı olmayaraq, şərəfli müəllim adına ləkə gətirən, xoşagəlmaz hallara yol verən hər kəs işindən azad edilməli, əlbəttə, layiqli cəzasını almalıdır”x9d.
Qeyd edək ki, 2013-cü ildə “İlin ən yaxşı məktəbi”x9d müsabiqəsinin qalibi olan 31 nömrəli tam orta məktəb 2009-2010-cu ildə “Elektron məktəb-Pilot layihəsi”x9dnə qoşulub. Həmçinin 2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına əsasən məktəbə yüksək internet xətti çəkilib.
İnanırıq ki, bundan sonra da müəllim adına utanc gətirən hallarla qarşılaşmayacağıq. Balalarımızın təlim-tərbiyəsi ilə məşğul olan, onlara Ana və Vətən kimi ülvi kəlmələri yazdıran müəllimlərimizin xoş sədası, əldə etdikləri nailiyyətləri və qazandıqları uğurları bizi həmişə sevindirəcək, qürurlandıracaq. Axı müəllimlik müqəddəs peşədir.
Namiq