Prodüser Tolikin (Tarix Əliyev) atası rəhmətə gedib.
Bizim.Media xəbər verir ki, prodüserin atası bu gün səhər saatlarında ürək tutmasından vəfat edib.
Onun səhhətində uzun müddətdir problemin olduğu bildirilir. Qeyd edək ki, prodüser instaqram hesabında atası ilə bağlı videosunu paylaşıb.
Sosial media istifadəçiləri Tolikə başsağlığı mesajları ünvanlayıblar.
Bizim.Media