Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib.
Bizim.Media Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qurumun hesabat iclasında bildirilib.
Qeyd edilib ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub.
Daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin edilib.
Baş Prokuror Kamran Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilib.
Bizim.Media