Valideynlərin yeni dərd ili: `Utanıram, pulum yoxdur...`

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Şagirdlərlə bərabər valideynlər də bu günü səbrsizliklə gözləyirlər. Valideyn övladını məktəbə yola salmaq üçün hələ sentyabrın 15-dən çox-çox əvvəldən düşünür, çıxış yolu axtarır...

Bəs bir şagirdin məktəbə tam hazır vəziyyətdə getməsi üçün orta hesabla nə qədər pul lazımdır?xa0

AzVision.az-ın əməkdaşları bu suala cavab tapmaq üçün Bakıda bir neçə topdansatış mərkəzinə baş çəkib, qiymətlərlə maraqlanıb.

Artıq bir neçə ildir ki, dövlət ümuməhsil müəssisələrində təhsil alan şagirdlərin dərslik yükünü öz üzərinə götürməklə, valideynlərin məktəb qayğısını xeyli azaldıb.

Amma 11illik məktəbi tək kitabla başa vurmaq olsaydı, valideynlərin dərdi olmazdı ki...

Dəftər, qələm, çanta, digər məktəbli ləvazimatları, həmçinin məktəbli forması almaq valideyenlərin boynuna düşdüyündən, onlar övladlarının bu ehtiyaclarını qarşılamaq üçün hər il əllərini ciblərinə atmalı olurlar.xa0



Əvvəlcə bir ilin yükünü daşıyacaq məktəbli çantası alınır. Təbii ki, çantaların qiyməti müxtəlifdir. Qiymətlər 7-110 manat arası dəyişir.xa0

Hər kəs cibinə uyğununu seçdikdən sonra qalır bu çantanın içini doldurmaq. Beləcə, dəftər, qələm alış-verişi başlayır.xa0



“28 May”x9d metrosu yaxınlığındakı topdansatış mağazalarında dəftərlər 50 qəpikdən -1 manat 70 qəpiyədək dəyişir. Qələmlər 80 qəpikdən başlayır, pozanlar 10-60 qəpik civarındadır. Rəngli karandaşlar 1 manatdan başlayır 3, 5, 7 manat arası dəyişir.xa0
Beləcə, qənaətçil bazarlıqla çantanın içini orta hesabla 50-70 manata doldurmaq olar.xa0



Valideyn məktəb çantasının içini hansı yolla dolduracağının qayğısını çəkdiyi vaxt satıcılar günün sonuna kimi kassanı hansı məbləğlə dolduracaqlarını fikirləşirlər.xa0

Belə ki, manatın devalvasiyası onların da bazarını öldürüb. Məktəbli ləvazimatlarının topdansatışı ilə məşğul olan mağazanın baş kassiri Mustafa Aslanov deyir ki, artıq dərslərin başlamasına bir həftədən az qalsa da mağazalarda alıcı yoxdur: “Ötən illə müqayisədə dolların qalxması alverə təsir edib. Bu fərq bütün məktəb ləvazimatlarında hiss olunur. Dolların kursunun qalxması əsasən kağız ləvazimatlarının qiymətinə təsir edib. Amma qiymətdə elə də çox bahalaşma olmayıb. Hardasa 5-10 qəpik bahalaşma var”x9d.xa0



Mağazalardan və keyfiyyətindən asılı olaraq məktəbli ləvazimatlarının qiyməti belədir:

1. 100 vərəqli dəftərlər: 50 qəpik - 1 manat
2. Sadə karandaş: 10 - 50 qəpik
3. Xətkeş: 40 qəpik”“ 1 manat
4. Pozan: 20 qəpik - 1 manat
5. Flomaster: 1-6 manat
6. Qələm qabı: 2-5 manat
7. Rəngli kağız: 80 qəpik - 3 man
8. Qovluq: 3 - 5 manat
9. Yapışqan: 50 qəpik - 2 manat
10. Pərgar: 4-8 manat



Mağaza sahibləri, satıcılar yeni dərs ili ərəfəsində məktəbli ləvazimatlarının, geyimin qiymətində bahalaşma olmadığını desələr də, valideynlər artıq bu bahalaşmanı hiss etdiklərini bildirirlər.xa0

Həmsöhbət olduğumuz valideynlərin böyük əksəriyyəti isə məktəb bazarlığını daha ucuz yerlərdən almağa çalışırlar: “Bütün məhsulların qiyməti bahalaşıb, eləcə də məktəb ləvazimatlarının. Məktəbli formalarının da qiymətini bahalaşdırıblar. Hər il yeni iş dəftərləri peydə olur. Guya sevinirdik ki, kitab qayğısından azad olmuşuq. Amma indi də iş dəftəri çıxarıblar. Hər kitab üçün iş dəftəri olar? İki uşağım birdən məktəbə gedir. Məcburam hər şeyin ucuzuna qaçım. Pulum yoxdur, nə edim axı?. Adam da utanır bilmir nə etsin”x9d.xa0



Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan digər ləvazimatların da qiymətləri məlumdur. Yemək qabı 3-9 manat, su qabı 3-14 manat, rəsm albomunun qiyməti isə 40 qəpik - 2 manatdır.xa0

Təbii ki, məktəb bazarlığı bununla yekunlaşmır. Məktəblilər üçün nəzərdə tutulan məktəbli formalarının qiyməti də ölçüsündən asılı olaraq 40- 45 manat arasında dəyişir.xa0



Odur ki, bir uşağın məktəbə yola salınması nə az, nə çox valideynə 200-300 manata başa gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Xalq artistinin qızı evləndi – VİDEO

Xalq artistinin qızı evləndi – VİDEO

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO