Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarən Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliy (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.
Bizim.Media