Tibb Univeristetində əməkdaşların istirahəti diqqət mərkəzindədir


Moderator.az-ın verdiyi xəbərə görə, yay mövsümünün başlaması ilə insanların istirahəti də aktuallaşır. Haqlı olaraq yay fəslini həm də istirahət mövsümü adlandırırlar. Gərgin zehni işdən, xüsusi fiziki güc tələb edən əmək fəaliyyətindən sonra mənalı istirahətə ciddi ehtiyac yaranır. Orta və ali təhsil müəssisələrində tədris ilinin məhz bu mövsümdə başa çatması da istirahət məsələsinin aktuallığını xeyli artırır.

Xatırladaq ki, ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Tibb Universitetində də əməkdaşların istirahəti daim diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi bu il də ATU-nun əməkdaşlarının yay istirahətinin hansı səviyyədə təşkil edildiyini öyrənmək məqsədi ilə Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovla görüşdük.

Universitet əməkdaşlarının və tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə kifayət qədər vəsait ayrıldığını vurğulayan komitə sədri hal-hazırda əsas diqqətin əməkdaşların istirahətinə yönəldiyini deyib: “Bilirsiniz ki, Tibb Universitetinin Nabran istirahət zonasında “Təbib”x9d istirahət düşərgəsi fəaliyyət göstərir. Yay dövründə əməkdaşların istirahətindən söhbət gedəndə ilk yada düşən də bu istirahət düşərgəsi olur. İstirahət mərkəzində aprelin 1-dən aparılan təmir-tikinti işləri iyunun 30-da tamamlanıb. Belə ki, 10 otağın döşəməsi dəyişdirilib və bütün otaqların daxili görkəmi, fasadı təzələnib. Ən böyük problemimiz çarpayıların çatışmaması idi. Hörmətli rektorumuz akademik Əhliman Əmiraslanovun köməyi ilə istirahət düşərgəsi üçün 80 çarpayı ayrıldı. Bundan əlavə böyük ekranlı yeni televizor, 100 ədəd döşəkağı, 50 dəst yastıq, 3 ədəd soyuducu və kifayət qədər mətbəx avadanlıqları alınıb”x9d.

“Təbib”x9d istirahət düşərgəsində istirahətin 3 mərhələli olduğunu söyləyən C.Qasımov 1-ci mərhələnin iyulun 11-dən başlandığını, 3-cü mərhələnin isə avqustun 26-da sona çatacağını bildirib: “Hər növbə 15 gündən ibarətdir. Bir növbədə 45 ailə, yəni 180 nəfər, ümumilikdə isə 135 ailə - 540 nəfər universitet əməkdaşı dincəlir və onlar gündə 3 dəfə keyfiyyətli yeməklə təmin olunurlar. İstirahətçilərin asudə vaxtlarının təşkili üçün düşərgədə idman avadanlıqları quraşdırılıb. Xüsusilə uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Gündə 2 dəfə dəniz gəzintisi təşkil edilir, idman yarışları keçirilir və qaliblər mükafatlandırılır. Onu da deyim ki, 15 günlük istirahət əməkdaşlarımıza çox ucuz başa gəlir. Bir nəfər hər gün üçün cəmi 2 manat 66 qəpik ödəyir. Qalan məbləğ isə Həmkarlar İttifaqının vəsaiti hesabına ödənir”x9d.

C.Qasımov təkcə Nabranda deyil, respublikamızın müalicə əhəmiyyətli digər istirahət mərkəzlərində dincəlmək üçün də əməkdaşlarımıza 42 yol vərəqəsinin verildiyini deyib. Bildirib ki, bu mövsümdə əməkdaşlarımız daha çox Nabrandakı “Xan çinar”x9d, Qaxdakı “Şəfa”x9d istirahət mərkəzlərində, Naftalanda, “Bilgəh”x9d kardioloji, “Abşeron”x9d mədə-bağırsaq, “Qaranquş”x9d uroloji və “Naftalan”x9d sanatoriyalarında müalicə almağa və dincəlməyə üstünlük veriblər.

Əməkdaşımızla söhbətində akademik Əhliman Əmiraslanovun tapşırığı ilə tez-tez Nabrana ezam olunduqlarını, istirahət edənlərin arzu və təkliflərini dinlədiklərini deyən C.Qasımov gələcəkdə professor-müəllim heyətinin, tibbi personalın istirahət şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılacağanı vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yamal Мessini geridə qoydu

Yamal Мessini geridə qoydu

Nəsrinin bu səhnəsi viral oldu - VİDEO

Nəsrinin bu səhnəsi viral oldu - VİDEO

Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

İran millisi FIFA-dan şikayətləndi

İran millisi FIFA-dan şikayətləndi

“Qarabağ” onu transfer etdi - VİDEO

“Qarabağ” onu transfer etdi - VİDEO

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

DÇ-2026: Belçika - İran oyunu başladı

DÇ-2026: Belçika - İran oyunu başladı

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

Elgiz yeni işə başladı

Elgiz yeni işə başladı

"Real" fransız futbolçularla yollarını ayırır

"Real" fransız futbolçularla yollarını ayırır

End of content

No more pages to load

RADİO