Bizim.Media-ya daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinin yerləşdiyi binada yanğın olub. Yanğın təfərrüatları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq.
Eişad Hacıyev bildirdi ki, faktiki olaraq, DİN 102 Xidməti-Zəng Mərkəzinin binasında elə bir hadisə baş verməyib:
“Mərkəzin yerləşdiyi binada hər hansı yanğın olmayıb, məlumat həqiqətə uyğun deyil. Axşam saatlarında qonşuluqda yerləşən binaların birinin zirzəmisində qalaqlanmış məişət tullantılarına naməlum səbəblərdən od düşüb. Yanğının qarşısı dərhal alınıb, ciddi zərər dəyməyib və təlafat olmayıb”.
Bizim.Media