\"Elə əsgərlər var idi ki, hospitala getməmək üçün mübahisə edirdi\" - Həkim - FOTO

“Döyüşlərdə topların 100 metrliyində xidmət edirdik, yaralı əsgər, zabitləri ərazidən təxliyə edib hospitala göndərirdik. Hər kəs kimi, mənim də bir amalım var idi, ölsəm də, qalsam da, vəzifəmi layiqincə yerinə yetirməliyəm”.

Bizim.Media xəbər verir ki, bunları  ehtiyatda olan tibb xidməti leytenantı Ağa Ağazadə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı bütün hərbçilər yaralansalar da ancaq irəli getməyi düşünürdülər:

"Mülki həyatda da həkim uroloq, androloq işləyirəm, elə həkim kimi də cəbhəyə yollanmışam. Əvvəl də hərbi həkim kimi ön cəbhədə qulluq etdiyim üçün, təcrübəm var idi. Elə bu səbəbdən də müharibənin ilk günündən ön cəbhədə, ən öndə topların yanında yerləşdim.

"Vəzifəm yaralılara ilkin tibbi yardım göstərib, onları ərazidən təxliyə edərək hospitala göndərmək idi. Döyüşçü yoldaşlarımız ən qızğın nöqtələrdə olsalar belə həmin yerə müdaxilə edirdim, bu, mənim borcum idi, ölsəm də, qalsam da onu oradan çıxarmalı idim".

Həkim leytenant qeyd edir ki, döyüşlər nə qədər çətin olsa da, hər işğaldan azad olunmuş ərazilər barədə xəbər alanda ruh daha da yüksəlirdi:

"Xatırlayıram ki, Qəbələdən Niramin adlı 18 yaşlı əsgər var idi. O şəxsin vəzifəsi əsgərləri vaxtı-vaxtında qida ilə təmin etmək idi. Hər gün hərbçilərimizə ərzaq çatdırmaq üçün mərmilərin altından keçməli olurdu".

"Bəlkə də bilirdi ki, mərmilərdən biri onun həyatına son qoya bilər, ancaq vəzifəsini qorxmadan yerinə yetirirdi, bilirdi ki, o olmasa, əsgərlər ac qalacaq. Elə əsgərlər var idi ki, hospitala getməmək üçün mübahisə ediridi. Onlar sanki bunu qəbul edə bilmirdilər. Deyirdilər ki, mənim yoldaşlarım burada ola-ola, mən hospitala gedə bilmərəm". (Trend) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTOLAR

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTOLAR

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Milli Qəhrəman Xankəndidə restoran açır

Milli Qəhrəman Xankəndidə restoran açır

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

Sumqayıtda SU KƏSİLƏCƏK

Sumqayıtda SU KƏSİLƏCƏK

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

ADNSU və Vorvik Universitetinin ikili diplom proqramının İLK MƏZUNLARI – Buraxılış mərasimindən VİDEOREPORTAJ

ADNSU və Vorvik Universitetinin ikili diplom proqramının İLK MƏZUNLARI – Buraxılış mərasimindən VİDEOREPORTAJ

Çörək bahalaşacaq? – RƏSMİ AÇIQLAMA

Çörək bahalaşacaq? – RƏSMİ AÇIQLAMA

Abituriyentlərin DİQQƏTİNƏ - Yeni esse tapşırığının balı belə hesablanacaq – RƏSMİ

Abituriyentlərin DİQQƏTİNƏ - Yeni esse tapşırığının balı belə hesablanacaq – RƏSMİ

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Nəriman oynadı, komandası qalib gəldi - VİDEO

Nəriman oynadı, komandası qalib gəldi - VİDEO

End of content

No more pages to load

RADİO