Moderator.az-ın verdiyi xəbərə görə, 11 iyun 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə Qafqazın ən böyük təhsil ”“ facebook səhifəsi olan “Azərbaycan Universitetləri”x9d 2014/2015-ci tədris ili üçün keçirlən “ən yaxşı universitet”x9d sorğusunun qalibi və ən yaxşı rektor sorğusunun diplomları təqdim olunub. Təqdimat mərasimində çıxış edən “Azərbaycan Universitetləri”x9d facebook səhifəsinin rəhbəri Zöhrab Süleymanov çıxış edərək universitetin rektorunu və kollektivini səmimi qəlbdən təbrik edib. O qeyd edib ki, “ən yaxşı universitet”x9d müsabiqəsi üzrə ADAU birinci yeri, “ən yaxşı rektor”x9d müsabiqəsində rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikinci yerin sahibi olmuşdur. 54 ali məktəb üzrə, arasında 37 000 iştirakçı tərəfindən seçim prosesində universitetin əldə etdiyi nailiyyətlər, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prosesində obyektivlik və şəffaflığın təmin olunması, informasiya texnologiyalarının tətbiqi, tələbələrin təhsilə olan marağının artırılması kimi meyarlar əsas götürülmüşdür. Təşkil olanan sorğuya və təltifə görə təşəkkürünü bildirən rektor qeyd edib ki, bu diplomlar universitetin fəaliyyətinə verilmiş ən yüksək qiymətlərdən biridir.
Təqdimat mərasimində, eyni zamanda, “15 iyun Milli Qurtuluş Günü”x9dnə həsr olunmuş tədbirdə fəal iştirak etmiş tələbələrə rektor tərəfindən mükafatlar verilib. Tələbələr göstərilən diqqət və qayğıya görə rektora dərin təşəkkürlərini bildiriblər.