Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq”x9d ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Moderator.az xəbər verir ki, fərmanın mətni RF-nin rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib.
V. Mustafayev Rusiya Federasiyasının “Dostluq”x9d ordeninə “RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə”x9d layiq görülüb.
V. Mustafayev “Bəyin oğurlanması”x9d, “Yaramaz”x9d, “ Hər şey yaxşılığa doğru”x9d, “Milli bomba”x9d kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış “Lider”x9d, “Əsl məhəbbət haqqında”x9d, “Bir həsədin tarixi”x9d filmlərinin rejissorudur. Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.