Türkiyəli aktyor Mustafa Başalan vəfat edib.
Bizim.Media xəbər verir ki, aktyor 52 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Mustafa Başalan "Çukur", "Diriliş Ertuğrul", "Gassal", "Son Gün", "Siyah Kalp", "Sahipsizler", "Bir gece masalı", "Deha", "Kızılcık şerbeti", "Teşkilat", "Gönül dağı", "Yasak elma", "Ben bu cihana sığmazam", "Börü" və "Arka sokaklar" kimi bir çox seriallarda rol alıb. (axşam.az)

Bizim.Media