Bu gün musavat.com saytında “Nurgün Motors”x9dun rəhbəri Nuru Əliyevin siyasi proseslərdə iştirak etdiyi və rəhbərlik etdiyi şirkətin də son vaxtlar məhz bu səbəbdən müəyyən problemlər yaşadığı ilə bağlı məlumat yer alıb.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən “Nurgün Motors”x9dun rəhbərliyi musavat.com-da yer
alan məlum informasiyanın tamamilə əsassız olduğunu bildirib:
“Həmin yazıda yer alan məlumatlar
tamamilə şər, yalan və böhtana əsaslanır. Orda haqqımızda yazılan nəinki bir
söz, hətta bir hərf belə doğru deyil. Görünür, kimsə yuxuda gördüklərini yazıb. Bu informasiyaların hansı saytlarda
yayıldığı bəllidir və biz bununla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq
addımlar atacayıq”x9d.
Xatırladaq ki, bir müddət
öncə “Nurgün Motors”x9d haqqında aznews.az saytında da bəzi informasiyalar yer
almış, Moderator.az-a açıqlama verən şirkət rəhbərliyi bu xəbərlərin əsassız
olduğunu vurğulamışdı.
Seymur Əliyev