"Eldar İbrahimov bütün polisləri nəzərdə tutmayıb ki. Polisdə o qədər mərifətli, qanacaqlı, ədalətli, millətini sevən insanlar var ki. Amma eləsi var ki, danadan da şüursuzdur. Gəlin etiraf edək ki, belələri də var. Ona görə də gəlin Elda İbrahimoivu da qınamayaq. Sizə bir misal çəkim. Tutaq ki, yolla getdiyin yerdə qayda-qanunu pozmadığına əminsən, amma "QAİ" səni saxlayır. Tutaq ki, saatda 100 kilometr sürətlə getməli olduğun yolu 80 sürətlə getmisən. Amma səni saxlayır və gözünün içinə ağ yalan deyir ki, sürət həddini aşmısan. Başa salırsan ki, ay qardaş, belə deyil axı, bu cürdür. Öz dediyinin üstündə durub sənədlərini tələb edir. Sən də verməyəndə əlbəyaxa olur. Artıq burada vətəndaş gücüsüdür. Çünki polisə müqavimət cinayəti əmələ gəlir. Eldar İbrahimov da çox güman ki, belə ədalətsizlikləri nəzərdə tutur."
Qeyd edək ki, Əli Ömərov Moderator.az-a olduqca maraqlı və "şok açıqlama" kateqoriyasına aid olan müsahibə verib. Onunla geniş müsahibəni sabah oxuya bilərsiniz. xa0xa0