Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib.

Bizim.Media xəbər verir ki, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə külli miqdarda dəyəri olan malları qeyri-qanuni yolla mənimsəməkdə təqsirli bilinib.

M.Hüseynov və supermarketin digər əməkdaşı E.İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, hər iki şəxs əlbir olaraq Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malı kassaya vurmadan qeyri-qanuni formada çıxararaq gizli şəkildə başqa sahibkarlara satıblar. Mənimsəmə yolu ilə ələ keçirilən mallardan 11 400 manatlıq hissəsi “Lays” çipsiləri olub.

Məhkəmə iclasında zərərçəkmiş şirkətin nümayəndəsi bildirib ki, cinayət nəticəsində dəymiş zərərin 24 000 manat hissəsinin təqsirləndirilən şəxs E.İbrahimov tərəfindən ödənilməsi ilə bağlı razılıq əldə olunub. O, zərərdən 79 467,44 manat hissənin hələ də ödənilməmiş qaldığını qeyd edərək ödənilmiş dövlət rüsumu da nəzərə alınmaqla, 79796,44 manat məbləğində pulun M.Hüseynovdan tutularaq MMC-yə ödənilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynova 6 il həbs cəzası verilib.

O, məhkəmə zalındaca qandallanıb. E.İbrahimova isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin dəymiş zərəri ödəməsi və digər hallar nəzərə alınaraq onun cəzası 3 il sınaq müddəti qoyulmaqla şərti hesab edilib.

Məhkəmə M.Hüseynova qarşı mülki iddianı da təmin edib və 80 min manata yaxın vəsaitin ondan tutulmasına qərar verib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

End of content

No more pages to load

RADİO