Cəmiyyət
Bu gün 16:08

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dəhşətli qəza rayonun Böyük Həmyə kəndində baş verib.
Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Elməddin oğlu Kərimov Siyəzən şəhərindən kəndə qonaq gələn həmyaşıdı Murad Əkbər oğlu Əzimova məxsus motosikleti idarə edərkən qəza törədib. Motosiklet yaşayış evinə girib.
Qəzada ağır xəsarətlər alan Oqtay Kərimov Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu