Cəmiyyət
Bu gün 15:51

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini “anti-dövlət mətni” adlandırıb.
Bizim.Media xəbər verir ki, Paşinyan brifinqdə çıxışı zamanı belə bir mətnlə müstəqil dövlətin mövcudluğunun mümkün olmadığını bildirib.
“Mən çıxışlarımda dəfələrlə demişəm ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlət xarakteri daşıyır. Çünki belə bir mətnlə müstəqil dövlətə sahib olmaq mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən xəbər edir. Tariximizdən dərs çıxarmalıyıq”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, yeni Konstitusiyanın hazırlanması Ermənistan dövlətinin mövcudluğunun davamlılığını təmin etmək zərurətindən irəli gəlir.
Bizim.Media