Cəmiyyət
Bu gün 16:08

Kristin Laqard 2027-ci il fevralın 7-də Avropa Mərkəzi Bankının (AMB) rəhbəri vəzifəsini tərk edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilir.
Laqardın xələfi müəyyən edilmiş prosedura uyğun olaraq Avropa Şurası tərəfindən təyin ediləcək.
“Reuters” mümkün namizədlər arasında Beynəlxalq Hesablaşmalar Bankının rəhbəri Pablo Ernandes de Kosun, Bundesbankın rəhbəri Yoahim Nagelinin, Avropa İnvestisiya Bankının prezidenti Nadiya Kalvinonun və Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knotun adları çəkib.
Bizim.Media