Cəmiyyət
Bu gün 14:14
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Qeyd edək ki, davada həyatını itirən Ceyhun adında şəxs olub. O, "Ceyhun Sabunçu" kimi tanınır. İnsidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisənin iştirakçısı olan və hazırda polis tərəfindən saxlanılan şəxslərdən bəzilərinin fotolarını təqdim edir:


Bizim.Media