Latın, kiril, hanqıl: Dünyanın yazı xəritəsi haqqında BİLMƏDİKLƏRİMİZ

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın müxtəlif ölkələrinin rəsmi dillərində hansı yazı sistemlərindən istifadə olunur və bu sistemlər indiki dövlət sərhədləri daxilində, yoxsa başqa ərazilərdə yaradılıb? Sual qeyri-adi və olduqca maraqlıdır. 

Bizim.Media xəbər verir ki, Avropa dillərinin demək olar ki, hamısının əlifbaları indiki dövlətlərin sərhədlərindən kənarda yaranıb.

Məsələn, bir çox ölkələrdə istifadə olunan latın əlifbası, İtaliyada yaradılıb. Kiril əlifbasının mənşəyi isə Yunanıstanla bağlıdır. Belə ki, bu yazını icad edən Kiril və Mefodi Salonikidən olan yunanlar olublar.
 

Asiyada isə vəziyyət tamamilə fərqlidir. Burada çoxlu yazı sistemi mövcuddur, çünki demək olar ki, hər ölkə özünəməxsus əlifbadan istifadə edir. Lakin bir çox ölkədə rəsmi dillər hazır şəkildə başqa xalqlardan götürülmüş latın və ya kiril əlifbalarından deyil, tarixən formalaşmış özünəməxsus yazı sistemlərindən istifadə edir.


Əhalisin sayına görə ilk pillədə olan Çində rəsmi dil çin dilinin putunhua variantıdır. Yazı sistemi heroqliflərə əsaslanır. Onun əksinə, Yaponiyada qarışıq yazı sistemindən istifadə olunur: yapon heca əlifbaları olan hiraqana və katakana ilə yanaşı, Çin mənşəli kanci heroqlifləri də geniş tətbiq edilir.

Cənubi Koreyada isə XV əsrdə xüsusi olaraq yaradılmış, dünyanın ən məntiqli və elmi əsaslarla qurulmuş yazı sistemlərindən biri hesab edilən hanqıl əlifbasından istifadə olunur. Şimali Koreyada da hanqıl tətbiq edilir, lakin orfoqrafik xüsusiyyətlərdə müəyyən fərqlər var.

Qonşu ölkə olan İranda rəsmi dil fars dilidir. Fars dili ərəb qrafikası əsasında yazılır, lakin ərəb dilində olmayan səsləri ifadə etmək üçün əlavə hərflərdən istifadə edilir. Məsələn, p səsi üçün پ, ç səsi üçün چ, g səsi üçün isə گ hərfi mövcuddur. Buna görə də fars yazısı sadəcə ərəb qrafikasının təkrarı deyil, dilin xüsusiyyətlərinə uyğunlaşdırılmış sistemdir.

Qərb qonşumuz olan Gürcüstanda yazı sistemi üç tarixi gürcü əlifbasından biri olan mxedrulidir. Bu əlifba özünəməxsus quruluşa malikdir və birbaşa latın və ya kiril əlifbalarından törəməyib.
 

Okeanın o tayına nəzər salsaq, Laosda tay yazısına yaxın olan, lakin özünəməxsus xüsusiyyətləri ilə fərqlənən lao yazısı istifadə olunur. Kamboca Cənub-Şərqi Asiyanın ən qədim yazı sistemlərindən biri sayılan, zəngin ornamental ənənəyə malik kxmer yazısından istifadə edir.


Monqolustanda XX əsrdə tətbiq edilmiş kiril əlifbası ilə yanaşı, ənənəvi monqol yazısı da qorunub saxlanılır. Bu yazı yuxarıdan aşağıya doğru şaquli istiqamətdə yazılması ilə seçilir.

Rəsmi dil ivrit dili olan İsraildə qədim yəhudi əlifbasından — alef-betdən istifadə edir. Bu yazı sistemi dərin tarixi köklərə malikdir.

Hindistanda isə rəsmi dillər hindi və ingilis dilləridir. Bununla yanaşı, müxtəlif ştatlarda ayrı-ayrı rəsmi dillər və yazı sistemləri mövcuddur. Benqal, tamil, teluqu və malayalam dillərinin hər birinin özünəməxsus yazısı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Azərbaycanın meyvə-tərəvəzinin ƏSAS İDXALÇISI oldu

Rusiya Azərbaycanın meyvə-tərəvəzinin ƏSAS İDXALÇISI oldu

“Bavariya”nın futbolçusu sıradan çıxdı

“Bavariya”nın futbolçusu sıradan çıxdı

Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO

Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO

“Avropanın Rusiya ilə bağlı bəyanatları siyasi şizofreniyadır” - Putin

“Avropanın Rusiya ilə bağlı bəyanatları siyasi şizofreniyadır” - Putin

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq öldü

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq öldü

"Qalatasaray" - "Fənərbağça" matçı ona TAPŞIRILDI

"Qalatasaray" - "Fənərbağça" matçı ona TAPŞIRILDI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Putin Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI: “Bütün məqsədlərə çatacağıq”

Putin Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI: “Bütün məqsədlərə çatacağıq”

Bütün binalarda elektrik sobaları olacaq - VİDEO

Bütün binalarda elektrik sobaları olacaq - VİDEO

Türkiyə Səudiyyə Ərəbistanına qoşun göndərməyə HAZIRLAŞIR

Türkiyə Səudiyyə Ərəbistanına qoşun göndərməyə HAZIRLAŞIR

Latın, kiril, hanqıl: Dünyanın yazı xəritəsi haqqında BİLMƏDİKLƏRİMİZ

Latın, kiril, hanqıl: Dünyanın yazı xəritəsi haqqında BİLMƏDİKLƏRİMİZ

La Liqada səfər azarkeşləri üçün YENİ QƏRAR

La Liqada səfər azarkeşləri üçün YENİ QƏRAR

Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü ruslara da lazımdır” – VİDEO

Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü ruslara da lazımdır” – VİDEO

Ramiz Əzizbəylinin qızı həyat yoldaşının həbsindən danışdı: "Böhtandır"

Ramiz Əzizbəylinin qızı həyat yoldaşının həbsindən danışdı: "Böhtandır"

Tramp Maskdan Ukraynada Starlink məhdudiyyətlərini ləğv etməyi İSTƏDİ

Tramp Maskdan Ukraynada Starlink məhdudiyyətlərini ləğv etməyi İSTƏDİ

Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycanla bağlı yayılanlar dezinformasiyadır - FOTO

Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycanla bağlı yayılanlar dezinformasiyadır - FOTO

Əlilliyə görə pensiya alanlara MÜHÜM XƏBƏR

Əlilliyə görə pensiya alanlara MÜHÜM XƏBƏR

"Mançester Yunayted"dən Kerrik QƏRARI

"Mançester Yunayted"dən Kerrik QƏRARI

Zelenski Uitkoffdan hesabat GÖZLƏYİR: Rusiya ilə danışıqların nəticələrini öyrənəcək- VİDEO

Zelenski Uitkoffdan hesabat GÖZLƏYİR: Rusiya ilə danışıqların nəticələrini öyrənəcək- VİDEO

Sərnişinlə dalaşıb avtobusu sürməyən sürücü işdən qovuldu

Sərnişinlə dalaşıb avtobusu sürməyən sürücü işdən qovuldu

Yeni virus AŞKARLANDI: İlk yoluxan şəxs vəfat etdi

Yeni virus AŞKARLANDI: İlk yoluxan şəxs vəfat etdi

Çempionlar Liqasında həftənin rəmzi komandası AÇIQLANDI

Çempionlar Liqasında həftənin rəmzi komandası AÇIQLANDI

Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”

Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”

Süni intellekt vasitəsilə DƏLƏDUZLUQ - Kreml xəbərdarlıq etdi

Süni intellekt vasitəsilə DƏLƏDUZLUQ - Kreml xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO