Xəbər verdiyimiz kimi Bakıda yerləşən “Brain Academy” uşaqların erkən inkişaf mərkəzinin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağın zorakılığa məruz qalması barədə görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında azyaşlını döyən müəllimin üzr videosu yayımlanıb.
“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə sözügedən müəllim deyib.
Qeyd edək ki, autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media