Rusiya Azərbaycanın meyvə-tərəvəz ixracında ilk sırada qərarlaşıb.
Bizim.Media xəbər verir ki, bu ilin ilk 8 ayında Azərbaycanın bu məhsullar üzrə ümumi ixrac dəyərinin 83,1 faizi Rusiyanın payına düşüb.
Məlumata görə, Rusiya Azərbaycandan ən çox pomidor alıb. Belə ki, 134,5 min ton pomidor 160,8 milyon dollar dəyərində ixrac edilib.
Bundan başqa, Rusiyaya 61 min ton şaftalı 85,2 milyon dollara, 55,3 min ton çiyələk isə 81,5 milyon dollara satılıb.
Bizim.Media