Leyla Əliyeva Oğulcahan Atabayeva və Saida Mirziyoyeva ilə görüşdü – FOTO

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.

Bizim.Media xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.

Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.

 

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

Sahibinin aldığı ərzaqları it daşıyır – Maraqlı görüntülər

Sahibinin aldığı ərzaqları it daşıyır – Maraqlı görüntülər

Sahibə Qafarova Qırğızıstan Prezidentinin QƏBULUNDA - FOTO

Sahibə Qafarova Qırğızıstan Prezidentinin QƏBULUNDA - FOTO

Ceyranbatanda ana və övladını maşın vurdu

Ceyranbatanda ana və övladını maşın vurdu

Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)

117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)

Altı il öncə bu gün – 20 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 20 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

"Borussiya Dortmund"un Bakı səfəri öncəsi BAQAJ BÖHRANI

"Borussiya Dortmund"un Bakı səfəri öncəsi BAQAJ BÖHRANI

Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"

Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"

Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək

Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək

"Qeyri-neft-qaz sektorunda 100 manat gəlir üçün 1,16 manat xərcləyirik"

"Qeyri-neft-qaz sektorunda 100 manat gəlir üçün 1,16 manat xərcləyirik"

Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı SAXLANILDI

Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı SAXLANILDI

Zelenski: “Rubio ilə vacib məsələləri müzakirə etdik, aydın mövqeyinə görə minnətdaram”

Zelenski: “Rubio ilə vacib məsələləri müzakirə etdik, aydın mövqeyinə görə minnətdaram”

Gürcüstan əhalisinin sayı 4 milyona yaxınlaşdı

Gürcüstan əhalisinin sayı 4 milyona yaxınlaşdı

Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO

Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO

"Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO

"Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO

Sevginin bitdiyini göstərən ilk əlamət

Sevginin bitdiyini göstərən ilk əlamət

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Leyla Əliyeva Oğulcahan Atabayeva və Saida Mirziyoyeva ilə görüşdü – FOTO

Leyla Əliyeva Oğulcahan Atabayeva və Saida Mirziyoyeva ilə görüşdü – FOTO

Sabahın HAVASI: Leysan, dolu, 28 dərəcə isti...

Sabahın HAVASI: Leysan, dolu, 28 dərəcə isti...

Bu il Şəki Xan sarayını ziyarət edən turistlərin sayı açıqlandı

Bu il Şəki Xan sarayını ziyarət edən turistlərin sayı açıqlandı

Neft Fondu dövlət büdcəsinə 9,6 milyard manat köçürdü

Neft Fondu dövlət büdcəsinə 9,6 milyard manat köçürdü

Bakının seysmik mikrorayonlaşdırılması işləri nə yerdədir?

Bakının seysmik mikrorayonlaşdırılması işləri nə yerdədir?

Nizami və Binəqədiyə yeni prokurorlar TƏYİN EDİLDİ

Nizami və Binəqədiyə yeni prokurorlar TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO