Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Azərbaycanda həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra həmkarlar ittifaqlarının yaranma və inkişaf tarixindən bəhs edən film nümayiş etdirilib, bir sıra ölkələrin həmkarlar ittifaqlarının təbrikləri səsləndirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək 121 il əvvəl konka fəhlələri tərəfindən əsası qoyulan Azərbaycan həmkarlar ittifaqlarının ötən dövr ərzindəki fəaliyyətindən və əmək hüquqlarının müdafiəsində rolundan söz açıb, təşkilatın nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi dəstəyi diqqətə çatdırıb.
 

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai institutların inkişafına yaradılan əlverişli mühit həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar açır.


Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr ölkəmizin ictimai təşkilatları üçün əsl örnəkdir.

Qeyd olunub ki, Konfederasiyanın fəaliyyətində səmərəliliyin daha da artırılması üçün son illər ardıcıl islahatlar aparılır. Normativ hüquqi baza yenilənib, idarəetmə və təşkilati struktur müasir tələblərə uyğun təkmilləşdirilib, həmkarlar ittifaqları üzvlərinə hüquqi yardımın təşkili üçün yeni mexanizmlər tətbiq olunur, rəqəmsallaşma genişləndirilir, sosial layihələr həyata keçirilir.

“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən danışan Sahib Məmmədov “yaşıl iqtisadiyyat”a keçid və rəqəmsallaşmanın məşğulluğa təsirləri fonunda üzvlərin yeni bacarıqlara yiyələnməsi istiqamətində Konfederasiya tərəfindən səlahiyyətləri çərçivəsində görülən işlər barədə də məlumat verib.

Xalq yazıçısı Çingiz Abdullayev isə çıxışında Azərbaycan həmkarlar hərəkatının cəmiyyətin həyatında mövqeyinə və insanların əməyinə verdiyi dəyərə diqqət çəkib.

Milli Məclisin deputatı Kamal Cəfərov və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov çıxışlarında həmkarlar ittifaqlarının ölkəmizdə əmək mədəniyyətinin formalaşmasına verdiyi töhfələri və əmək münasibətlərində tərəflərin maraqlarının uzlaşdırılmasındakı xidmətlərini qeyd ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı, fəxri dəmiryolçu Abdulla İsmayılzadə çalışdığı sahədə həmkarlar ittifaqlarının rolundan, AHİK-in gənc əməkdaşı, Pan-Avropa Regional Şurasının Gənclər komitəsinin vitse-prezidenti Ülviyyə Rəsulzadə isə həmkarlar ittifaqları sistemində gənclərin peşəkar inkişafı üçün yaradılan imkanlardan danışıblar.
Tədbir bədii hissə ilə davam edib.
 





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

İrana qarşı yeni sanksiyalar elan etdilər

İrana qarşı yeni sanksiyalar elan etdilər

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

End of content

No more pages to load

RADİO