Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb.
Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb.
Qeyd edək ki, son illərin ən yüksək göstəricisi 2024-cü ildə qeydə alınıb. Həmin il 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı göstərici 7 100 olub.
Fəridə, Bizim.Media