“Microsoft”un təsisçisi Bill Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafı nəticəsində 2027-ci ildə kiberməkanda çoxsaylı təhlükələrin yaranacağını proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, Qeyts CNN-ə müsahibəsində süni intellektdən istifadə etməklə həyata keçirilən kiberhücumların gələn il ən ciddi dəyişikliklərə səbəb olacağı sahələrdən biri olacağını bildirib.
Onun sözlərinə görə, süni intellektdən sui-istifadə edən şəxslər maliyyə bazarlarına təsir göstərmək üçün yeni imkanlar əldə edə bilərlər.
Qeyts hesab edir ki, süni intellektin nəzarətdən çıxması hələ bəşəriyyətin ən aktual problemi deyil. Onun dünyaya genişmiqyaslı təsir göstərməsi üçün texnologiyanın inkişafına bir neçə il də lazım olacaq.
Bizim.Media