Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

“Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri kimi tanınır. Ölkənin tarixi-mədəni inkişafında zərdüştilik, islam, xristianlıq və yəhudilik ənənələrinin özünəməxsus yeri olub”. 

Bunu Bizim.Media-ya açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib. 

Direktor müavininin sözlərinə görə, bu dini müxtəliflik Azərbaycanın zəngin mədəni irsinin formalaşmasına təsir göstərib. 

Elnur Mustafayev bildirib ki, müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunub. 

O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı fundamental insan hüquqları sırasına daxildir və əsasən dünyəvilik, bərabərlik və fərdi seçim azadlığı prinsiplərinə söykənir:

“Ölkənin Əsas Qanununa görə Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyamızda hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək və ya başqaları ilə birgə etiqad etmək və ya etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Bu mənada, dini mərasimlərin icrası ictimai qaydanı və ya ictimai əxlaqı pozmadıqda sərbəstdir. 

Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, heç kəs öz əqidəsini açıqlamağa və ya əqidəsindən dönməyə məcbur edilə bilməz. Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir. Bu mənada, yad təsirlərə, milli-mənəvi dəyərlərimizə və tarixi gerçəkliyimizə uyğun olmayan yad düşüncələrdən uzaq durmalı, ideoloji təxribatlara qarşı birgə mübarizə aparmalıyıq". 

Təhsilin dünyəviliyi məsələsinə gəlincə...

Elnur Mustafayev vurğulayıb ki, dünyəvi təhsil ilə vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunması müasir təhsil sisteminin mühüm hüquqi, pedaqoji və mənəvi məsələlərindən biridir. Bu məsələ xüsusilə uşaqların şəxsiyyət kimi formalaşması, fərqli dünyagörüşlərinə hörmət, dini dözümlülük və cəmiyyətdə birgəyaşayış mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

"Əsas prinsip ondan ibarətdir ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi demək deyildir. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir".

O qeyd edib ki, bu baxımdan, dünyəvi məktəb şagirdin dini inanclarını dəyişdirməyə çalışmamalı, eyni zamanda onun dini mənsubiyyətinə görə təhsil imkanlarını məhdudlaşdırmamalıdır.

"Yəni təhsil müəssisəsi qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və inkişaf edən müstəqil düşüncəsini nəzərə almalıdır. Valideynlərin hüquqları ilə uşağın hüquqları arasında ziddiyyət yarandıqda, məsələ uşağın üstün mənafeyi əsasında qiymətləndirilməlidir". 

Elnur Mustafayev vahid məktəbli geyim formasının tətbiqi barədə də fikirlərini bölüşüb:  

"Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli geyim forması tətbiq olunur və bu qaydalara riayət olunması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məktəbli geyim formasının tətbiq olunmasında əsas məqsəd məktəblərdə təhsilin dünyəvilik prinsipini qorumaq, intizamlı və bərabər təhsil mühitini formalaşdırmaqdan ibarətdir. Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır. 

Dövlət və xalq olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik. Bu prosesdə dövlət maraqları qorunmalı, cəmiyyətin inkişafı əsas götürülməli, milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşılmalı, o cümlədən vətəndaşların mənafeyi əsas məqsəd olmalıdır".

Fəridə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhətində problem olan çağırışçıları hərbi xidmətə göndərənlər CƏZALANDIRILDI

Səhhətində problem olan çağırışçıları hərbi xidmətə göndərənlər CƏZALANDIRILDI

Prezident: Cənub Şərqi Asiya xarici siyasətimizin prioritetlərindən biridir

Prezident: Cənub Şərqi Asiya xarici siyasətimizin prioritetlərindən biridir

Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

Meteor yağışı müşahidə olunacaq – BU TARİXLƏRDƏ

Meteor yağışı müşahidə olunacaq – BU TARİXLƏRDƏ

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

İlham Əliyev: “Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik”

İlham Əliyev: “Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik”

“Voyenkomat”larda baş verən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

“Voyenkomat”larda baş verən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Yanukoviç Putinin yanından qayıtdıqdan sonra huşunu itirib? – YENİ FAKTLAR

Yanukoviç Putinin yanından qayıtdıqdan sonra huşunu itirib? – YENİ FAKTLAR

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İlham Əliyev Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

Asim Mollazadədən XATIRLATMA - “ Bir milyondan çox şiə Ermənistandan didərgin salınanda...”

Asim Mollazadədən XATIRLATMA - “ Bir milyondan çox şiə Ermənistandan didərgin salınanda...”

İlham Əliyev türk xalqlarının ortaq mədəni irsinin qorunmasından danışdı

İlham Əliyev türk xalqlarının ortaq mədəni irsinin qorunmasından danışdı

Prezident: Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Prezident: Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Xarkovda yaşayış binasına raket zərbəsi: Dağıntılar və yaralılar var – VİDEO

Xarkovda yaşayış binasına raket zərbəsi: Dağıntılar və yaralılar var – VİDEO

Prezidentdən TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına MÜRACİƏT

Prezidentdən TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

İlham Əliyevdən İspaniya Kralına MƏKTUB

İlham Əliyevdən İspaniya Kralına MƏKTUB

74 yaşlı qadın axtarışa verildi – Görün nədə təqsirləndirilir?

74 yaşlı qadın axtarışa verildi – Görün nədə təqsirləndirilir?

Azərbaycanda hicabla bağlı radikal çağırışlar edənlərin kimliyi BƏLLİ OLDU – SENSASİON DETALLAR

Azərbaycanda hicabla bağlı radikal çağırışlar edənlərin kimliyi BƏLLİ OLDU – SENSASİON DETALLAR

Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib – VİDEO

Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib – VİDEO

İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşdü - FOTO

İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşdü - FOTO

Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

End of content

No more pages to load

RADİO