Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar medianın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsi media sahəsində də əlaqələndirilmiş səyləri zəruri edir”.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunda çıxışı zamanı bildirib.

Xələf Xələfov bildirib ki, Azərbaycan sədrliyinin gündəliyində media sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir:

"Vahid informasiya məkanında peşəkar təcrübə mübadiləsinin aparılması, dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi və məsuliyyətli jurnalistika prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq münasibətlər sisteminin dərin transformasiya keçirdiyi hazırkı dövrdə suverenlik və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər və dezinformasiya ilə yanaşı, ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər də beynəlxalq gündəliyin mühüm məsələlərindəndir".

X.Xələfov qeyd edib ki, beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün etibarlı əsas olaraq qalır.

"Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsi, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması davamlı sülhün təmin olunmasının əsas şərtlərindəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

End of content

No more pages to load

RADİO