Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, sənəd “SpaceXAI”ın Grok modelləri əsasında hazırlanan süni intellekt həllərinin dövlət xidmətlərində və Azərbaycanın rəqəmsal transformasiyasının digər prioritet istiqamətlərində tətbiqi imkanlarını nəzərdə tutur. Əsas məqsəd daha keyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin formalaşdırılmasıdır.

 

Memorandum yalnız bir tətbiq sahəsi ilə məhdudlaşmayacaq, bütün dövlət qurumlarını əhatə edəcək. Tərəflər süni intellektdən istifadə imkanlarını birgə qiymətləndirəcək, uğurlu həllərin dövlət sektorunda geniş tətbiqini nəzərdən keçirəcəklər.

 

Sənədin imzalanması ilə bağlı Bakıda keçirilən mərasimdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, “SpaceXAI”ın nümayəndə heyəti – Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek, Yaxın Şərq, Şimali Afrika və Türkiyə regionu üzrə qlobal məsələlər və bazar inkişafı rəhbəri Rim Sadek, Hökumətlərlə qlobal əməkdaşlıq bölməsinin bazara çıxış üzrə rəhbəri Nil Perkins iştirak ediblər.

Nazir müavini Rəşad Həsənov bildirib ki, Azərbaycan artıq süni intellektin müzakirəsindən onun tətbiqi mərhələsinə keçib:

“Bu istiqamətdə tərəfdaşlar prosesə verə biləcəkləri töhfəyə əsasən seçilir. “SpaceXAI” qabaqcıl süni intellekt modellərinə və geniş mühəndislik imkanlarına malikdir. İmzalanan Anlaşma Memorandumu həmin imkanların dövlət qurumlarının daxili fəaliyyətindən vətəndaşların “mygov” vasitəsilə xidmətlərə çıxışınadək müxtəlif sahələrdə xidmətlərin təkmilləşdirilməsini, həmçinin belə həllərin milli rəqəmsal infrastrukturumuzda tətbiqini araşdırmaq üçün çərçivə yaradır”.

Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek bildirib:

“Biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edərək “Grok”u hökumətə gətirməkdən və vətəndaşlara daha sürətli, daha keyfiyyətli xidmətlərin göstərilməsinə kömək etməkdən məmnunuq”.

Bilik və təcrübənin formalaşdırılması: Azərbaycanın süni intellekt potensialının gücləndirilməsi

Tərəflər, həmçinin yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, müvafiq bacarıqların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfəsini təmin etməkdir.

Növbəti mərhələ: pilot layihələrdən geniş tətbiqə

Əməkdaşlığın növbəti mərhələləri üzrə yol xəritəsi hazırlanacaq. Buraya pilot layihələr, texniki nümayişlər və maraqlı tərəflərlə əməkdaşlıq daxildir. Bu fəaliyyət uğurlu həllərin gələcəkdə daha geniş miqyasda tətbiqi üçün zəmin yaradacaq. Bütün əməkdaşlıq qabaqcıl təhlükəsizlik tədbirləri və müasir məlumatların mühafizəsi protokollarına uyğun olaraq həyata keçiriləcək. Hər bir konkret layihə tərəflər arasında ayrıca razılaşma əsasında reallaşdırılacaq.

Memorandum “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın, həmçinin Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətindəki fəaliyyətinin məqsədlərinə uyğundur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi - VİDEO

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi - VİDEO

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

End of content

No more pages to load

RADİO