Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

“XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar”.

Bizim.Media xəbər verir ki, bunu “Yenisabah.az”a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. 

O, bildirib ki, müasir toy məclislərində bu qədər israfçılığa ehtiyac yoxdur. A.Salamov Avropa ölkələrində toy süfrələrinin daha planlı təşkil edildiyini bildirib:

“Bu gün hər sahədə Avropalaşırıq, amma cibə faydalı məsələlərdə Avropalaşa bilmirik. Avropada toy məclislərində adətən İsveç masası qurulur. Yəni hər kəs istədiyi qədər məhsul götürüb yeyir. Mən 100-dən çox dəfə oradakı toy məclislərində iştirak etmişəm. 
 

Onlarda menyu əvvəlcədən planlaşdırılır. İlk olaraq əsas menyu təqdim edilir və müəyyən məzələrin dadına baxılır. Daha sonra şorba və ya salat verilir. Ardınca isə süfrəyə ət təqdim olunur. Ətin miqdarı da 180 qramı keçmir. Hər şey kiçik porsiyalarla verilir və qonaqlar maşa servisi vasitəsilə istədikləri məhsulu götürürlər.


Bizim toylarda isə süfrədə hər şey olur. Lazım olub-olmamasından asılı olmayaraq isti və soyuq qəlyanaltılar, müxtəlif meyvələr, blinçik, toyuq, balıq, ləvəngi, balıq ruleti, salatlar, qutab, kabablar, bildirçin, tərəvəz kababı, plov, sonda isə tort və dondurma təqdim edilir. Bir insan bu qədər yeməyi yeyə bilərmi? Saydıqca qurtarmır. Bu qədər israfçılığa nə ehtiyac var?”.

Ekspert bildirib ki, keçmişdə toylar palatkalarda keçirilirdi və menyuda cəmi bir-iki növ yemək olurdu:

“Mən bir qida eksperti kimi məsləhət görərdim ki, toy süfrəsində 2-3 növ soyuq qəlyanaltı, ən çoxu 2 növ salat və bir neçə isti yemək olsun. Üstəlik, süfrədə çörək və lavaş da olur. İçkiləri isə ümumiyyətlə nəzərə almırıq.

Bizdə insanlar uzun illərdir “kim nə deyər” prinsipi ilə yaşayırlar. Düşünmürəm ki, bu ənənəni yaxın müddətdə qıra bilək. Amma ümid edirəm ki, gələcəkdə bu yanaşma dəyişəcək.
 

Stereotiplərdən biri də budur ki, yeməyi az versək, toya az pul yazdırarlar. Filankəs 10 növ yemək verib, mən də 20 növ verim deyərək hamıdan üstün görünməyə çalışırlar.


Düşünürəm ki, bütün bunlar dəyişməlidir. Çünki həddindən artıq qida qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Musiqinin yüksək səslə səsləndirilməsi də ürəyə təsir edən amillərdəndir.

Digər tərəfdən, burada israfçılıq və qida tullantıları məsələsi də var. Bu isə ətraf mühitə təsir göstərir və karbon emissiyalarının artmasına səbəb olur. Bütün bunları nəzərə almaq vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

End of content

No more pages to load

RADİO