Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində sakinlər antisanitar vəziyyətdən gileylənirlər.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət daxil olub.
Zabrat qəsəbəsi, 307 nömrəli məktəbin yaxınlığında yaşayan sakinlər bildiriblər ki, ərazidə zibil qablarının vəziyyəti və onların ətrafında yaranan antisanitar mənzərə uzun müddətdir davam edir.
Qeyd olunub ki zibil qabları sıradan çıxıb, külək əsəndə zibillər əraziyə səpələnir.
"Qoxudan, çirkab əlindən burdan keçmək mümkün olmur. Zibil qablarını hamısı sınıq vəziyyətdə biri-birinə söykəyib saxlayırlar. Deyirlər ki, insanlar zibilləri yerə qoyurlar. Amma zibilləri vaxtında yığmadıqlarına və qablar dolub daşdığına görə sakinlər məcbur olurlar ki, gətirdikləri zibilləri yerə qoysunlar", - deyə müraciətdə bildirilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.



Bizim.Media