Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
***18:30
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Bizim.Media