Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir.








Bizim.Media