Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verildi

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsində istifadə olunan elmi materialların sistemləşdirilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib.
 
Bizim.Media xəbər verir ki, Məhkəmə Ekspertizasının Metodik Fondu ekspert tədqiqatlarının əsasını təşkil edən elmi-metodik materiallardan ibarət məlumat bazasıdır.
 

Fondun əsas məqsədi məhkəmə ekspertlərinin, ekspertizanı təyin edən orqan və şəxslərin, iş üzrə digər tərəflərin və özəl məhkəmə ekspertlərinin müvafiq elmi-metodik materiallara əlçatanlığını təmin etməkdir. Metodik Fond Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır və idarə olunur.


 O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertizasının Metodik Fondunun yaradılması və istifadəsi Qaydaları” ilə tənzimlənir.
 
Metodik Fond Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib və istifadəyə açıqdır.
 
Fondun məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələri, habelə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər, eləcə də özəl məhkəmə ekspertləri tərəfindən təqdim edilən məlumatlar əsasında formalaşdırılır.
 
Məlumat bazasında hər bir elmi-metodik material barədə əsas məlumatlar, o cümlədən elmi-metodik materialın adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, müəllifin və ya müəlliflərin adı, soyadı və atasının adı, yaxud materialı təqdim edən idarə, müəssisə və ya təşkilatın adı və hüquqi ünvanı, materialın nəşr olunduğu il və yer, elmi-metodik materialın tam mətni, materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar yer alır.
 

Metodik Fond məhkəmə ekspertizası sahəsində elmi və metodik məlumatların vahid bazada toplanmasına, sistemləşdirilməsinə və onlardan səmərəli istifadə imkanlarının yaradılmasına xidmət edir.


Həmçinin nadir tapılan metodik materialların Fondda sistemləşdirilməsi bu sahədə tədqiqat aparan elmi işçilər üçün faydalı məlumat mənbəyi yaradır.
 
Məhkəmə Ekspertizasının Metodik Fondu ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto

Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto

Ayaqqabı qutularındakı kiçik paketləri atmayın – Çox vacib funksiyası var

Ayaqqabı qutularındakı kiçik paketləri atmayın – Çox vacib funksiyası var

ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir – FOTO

ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir – FOTO

Məktəbəhazırlıq qrupuna qəbul olan uşaqların SAYI AÇIQLANDI

Məktəbəhazırlıq qrupuna qəbul olan uşaqların SAYI AÇIQLANDI

Sabir Rzayev vəzifədən ayrıldı - Foto

Sabir Rzayev vəzifədən ayrıldı - Foto

“Leylanı incitməyin...” – Bədənində qəlpələrlə döyüşə qayıdan şəhid Tural Ağcabəyovun HƏYAT HEKAYƏSİ – VİDEO

“Leylanı incitməyin...” – Bədənində qəlpələrlə döyüşə qayıdan şəhid Tural Ağcabəyovun HƏYAT HEKAYƏSİ – VİDEO

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi – QƏRAR

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi – QƏRAR

Bakıda həyat yoldaşını marketdə döyən şəxs həbs edildi – VİDEO

Bakıda həyat yoldaşını marketdə döyən şəxs həbs edildi – VİDEO

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verildi

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verildi

Bu halda maşınınızı əlinizdən alacaqlar

Bu halda maşınınızı əlinizdən alacaqlar

Afra Saraçoğlu İstanbul aeroportunda SAXLANILDI

Afra Saraçoğlu İstanbul aeroportunda SAXLANILDI

Əlləri torpağa toxundurmağın sağlamlığa FAYDALARI

Əlləri torpağa toxundurmağın sağlamlığa FAYDALARI

Darmadağından sonra istefa verdi

Darmadağından sonra istefa verdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Həsən Həsənov: “Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”

Həsən Həsənov: “Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”

Yuxunu dəstəkləyən 4 şirin qida — Şəkər istəyini də aradan qaldırır

Yuxunu dəstəkləyən 4 şirin qida — Şəkər istəyini də aradan qaldırır

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

End of content

No more pages to load

RADİO