Məşhur türkiyəli aktrisa Afra Saraçoğlu Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb.
Bizim.Media xəbər verir ki, Saraçoğlu daha əvvəl sosial media hesabında xaricdə işgüzar səfərdə olduğunu və ifadə vermək üçün ən qısa müddətdə ölkəsinə geri qayıdacağını bildirmişdi.
Qeyd edək ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyat zamanı aktyor Aras Bulut İynemli, reper Sefo və keçmiş futbolçu Hasan Şaş da daxil olmaqla 18 nəfər haqqında həbs qərarı verilib. Onlardan 15-i tanınmış şəxslərdir.
Bizim.Media