AKTA-nın təşkilatçılığı ilə “Kibertəhsil və süni intellekt” mövzusunda şəbəkələşmə görüşü keçirildi – FOTO

Sentyabrın 12-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının həyata keçirdiyi “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi çərçivəsində “Kibertəhsil və süni intellekt” mövzusunda işgüzar səhər yeməyi formatında şəbəkələşmə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşün əsas məqsədi kibertəhsil sahəsində mövcud vəziyyəti və inkişaf imkanlarını müzakirə etmək, süni intellektin təhsil prosesinə inteqrasiyası ilə bağlı yanaşmaları bölüşmək, informatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparmaq olub.

 

Tədbirdə AKTA ekspertləri və üzv şirkətlərin nümayəndələri, Kiber Klub təmsilçiləri, təhsil sahəsinin nümayəndələri və digər aidiyyəti tərəflər iştirak ediblər. Görüş çərçivəsində təhsil və kibertəhlükəsizlik sahələri arasında əməkdaşlığın gücləndirilməsi, təhsil mühitində informasiya təhlükəsizliyi üzrə maarifləndirmənin genişləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

 

Tədbirin açılışında AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək həyata keçirilən layihənin məqsədləri, əhatə dairəsi və əhəmiyyəti barədə məlumat verib. O, həmçinin AKTA-nın kibertəhsil istiqamətində həyata keçirdiyi tədbirlər və qarşıdakı fəaliyyət planı haqqında danışıb.

Daha sonra AKTA eksperti Lalə Kərimova “İnformatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi kompetensiyalarının qiymətləndirilməsi üzrə analitik hesabat”ı təqdim edib.

Təqdimat zamanı informatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi üzrə mövcud kompetensiyalarının qiymətləndirilməsinin nəticələri, əsas ehtiyaclar və inkişaf etdirilməsi vacib olan istiqamətlər diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov çıxışında layihənin təhsil sistemi üçün əhəmiyyətindən bəhs edib. O, informasiya texnologiyalarının təhsil prosesində geniş tətbiq olunduğu şəraitdə müəllim və şagirdlərin informasiya təhlükəsizliyi üzrə biliklərinin artırılmasının vacibliyini qeyd edib və bu istiqamətdə AKTA ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

AKTA eksperti Cavid Şahmuradov süni intellekt mövzusunda təqdimatla çıxış edərək texnologiyanın təhsil sahəsində yaratdığı imkanlar, onun tədris prosesində tətbiqi və bu prosesdə diqqət yetirilməli məsələlər barədə fikirlərini bölüşüb. Süni intellekt alətlərindən səmərəli və məsuliyyətli istifadənin, eləcə də bu texnologiyaların yaratdığı yeni imkan və çağırışların nəzərə alınmasının vacibliyi qeyd olunub.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov çıxışında orta məktəblər üçün informatika dərsliklərinin hazırlanması prosesi barədə məlumat verib.

O, müasir təhsil tələblərinin və rəqəmsal bacarıqların dərslik və tədris resurslarında nəzərə alınmasının əhəmiyyətinə toxunub.

Görüşdə AKTA-nın ekspert komitələrinin sədrləri və katibləri də çıxış edərək rəhbərlik etdikləri komitələrin fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər və kibertəhlükəsizliyin müxtəlif sahələri üzrə aparılan işlər barədə məlumat veriblər. Çıxışlar zamanı müxtəlif sektorlar arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları da müzakirə olunub.
 

Görüş çərçivəsində AKTA-ya yeni qəbul olunmuş ekspert, “Deloitte Azərbaycan” MMC-nin Texnologiya və Transformasiya üzrə Baş Meneceri Ayan Sadıqova süni intellekt mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı süni intellektin təhsil sahəsində tətbiq imkanları, yaratdığı yeni perspektivlər və bu texnologiyadan səmərəli və təhlükəsiz istifadənin əhəmiyyəti barədə fikirlər səsləndirilib.


Görüş iştirakçıların qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Müzakirələr zamanı kibertəhsilin inkişafı, süni intellektdən təhsil məqsədləri ilə istifadə, müəllim və şagirdlərin informasiya təhlükəsizliyi üzrə bacarıqlarının artırılması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Tədbirin yekun hissəsində AKTA-nın yeni ekspertlərinin təqdimatı keçirilib və onlar öz fəaliyyətləri barədə qısa məlumat veriblər.

Görüş təhsil, kibertəhlükəsizlik və texnologiya sahəsində fəaliyyət göstərən tərəflər arasında əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma olub.

Qeyd edək ki, AKTA tərəfindən təqdim olunmuş “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olub.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO