Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur. (Lent.az)

Bizim.Media