“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

“AzerGold” QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək.

Bizim.Media xəbər verir ki, əməkdaşlıq çərçivəsində Naxçıvan ərazisində, ilk növbədə, strateji əhəmiyyət daşıyan və iri miqyaslı kritik metal perspektivlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində birgə geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.

Bu məqsədlə “AzerGold” QSC və IRH-in törəmə şirkəti “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” imzalanıb.

 

Sənəd 14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri cənab Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması mərasimi zamanı rəsmiləşdirilib. Sazişi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və IRH-in Baş icraçı direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar.


Əməkdaşlıq çərçivəsində işlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə mövcud geoloji məlumatların təhlili, müasir geoloji kəşfiyyat və tədqiqat metodlarının tətbiqi, perspektivli sahələrin və potensial hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

İlkin axtarış-qiymətləndirmə işlərinin nəticələri müsbət olduğu təqdirdə, növbəti mərhələdə dəqiq kəşfiyyat aparılacaq, daha sonra isə birgə hasilat imkanları və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, İRH şirkəti mədən aktivlərinin qiymətləndirilməsi və inkişafı sahəsində beynəlxalq təcrübəyə sahibdir və hazırda bu istiqamətlər üzrə Afrika, Cənubi Asiya və Yaxın Şərq regionlarında fəaliyyət göstərir.

Şirkətin texniki və investisiya imkanlarının “AzerGold”un təcrübəsi ilə birləşdirilməsi Naxçıvanın mineral-xammal potensialının müasir beynəlxalq yanaşmalar əsasında daha dərindən öyrənilməsi üçün əlavə imkanlar yaradacaq.

“AzerGold” və IRH arasında əməkdaşlığın perspektivli nəticələrinin Muxtar Respublikada yeni investisiya imkanlarının formalaşmasına, mədən sənayesində əlavə dəyərin və məşğulluğun artmasına, regionun iqtisadi fəallığının genişlənməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına əlavə töhfələr verməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO